17:29 - 14.10.2020
14 oktyabr, Fineko/abc.az. “Azərikard” MMC prosessinq mərkəzi xidmət göstərdiyi bankların kart müştərilərinə müraciət edərək bildirib ki, kart istifadəçilərinə şirkətin adından köçürülmə və hesabdan silinmə ilə bağlı aldadıcı SMS-lər göndərilir.
"Bu SMS-lərin "Azericard"la bağlılığı yoxdur, yalnış informasiya daşıyır. Vətəndaşları onlara, eləcə də naməlum nömrələrdən gələn zənglərə qarşı ehtiyatlı olmağa çağırırıq. Bank kartlarınızda qarşılaşdığınız şübhəli vəziyyətlərlə bağlı müştərisi olduğunuz banka və yaxud "Azericard"ın müştəri xidmətlərinə -194 nömrəsinə müraciət edin", - deyə prosessinq mərkəzi bəyan edib.
30 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026