Ordumuz bir neçə şəhər və kəndimizi işğaldan azad edib – İlham Əliyev

14:02 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi Prezident İlham Əliyev “Habertürk” kanalına müsahibə verib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı bir sıra vacib məqamlara toxunub.

Prezident qeyd edib ki, dəfə də bütün cəbhəboyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndimizi işğaldan azad edib.

Dövlət başçısı qeyd edib ki, işğaldan azadetmə əməliyyatımız uğurla davam edir: “Bu gün səhər mənə verilən məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Bu məsələ ilə bağlı lazım olan vaxtda açıqlama veriləcək”.