11:31 - 14.10.2020
14 oktyabr, Fineko/abc.az. Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb" - deyə Nazirlikdən bildiriblər.