16:40 - 12.10.2020
12 oktyabr, Fineko/abc.az. Bu ilin ilk 9 ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 283 351 nəfər təşkil edib.
ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında qeyd olunub.
Müqayisə üçün qeyd edək ki, bu ötən ilin eyni dövrünə nisbətən 886 480 nəfər və yaxud 75,8% azalma deməkdir.
Yanvar-sentyabrda Gürcüstan ümumilikdə 1 597 528 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni göstəricisindən 78% azdır.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026