11:18 - 12.10.2020
12 oktyabr, Fineko/abc.az. Ermənistanın Gəncənin mülki əhalisini raket atəşinə tutması ilə bağlı sosial şəbəkələrdə başladılan kampaniya çərçivəsində paylaşımlar bir milyonu keçib.
ABC.AZ xəbər verir ki, “Twitter” mikrobloqunda Azərbaycan vətəndaşlarının başlatdığı #PrayForGanja həştəqi üzrə paylaşımlar trend olub və müzakirə olunan mövzular arasında ilk sıralarda yer alıb.
Bu həştəq üzrə dünyada 1 milyon 240 min tvit atılıb. İnsanlar paylaşımlarında erməni vandalizminə və Ermənistanın dövlət terroruna son qoymağa çağırış edib.
Qeyd edək ki, oktyabrın 11-i gecə saatlarında Ermənistan ordusunun Gəncəyə atdığı raket yaşayış binasını tamamilə dağıdıb, 9 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026