Ermənistanın sabiq prezidenti beynəlxalq axtarışa verilə bilər – Səbəb

11:59 - 9.10.2020


9 oktyabr, Fineko/abc.az. Ermənistanın sabiq prezidenti Robert Köçəryanın işğal olunmuş ərazilərə silah və sursat daşıması barədə yayılan məlumatlara münasibət bildirilib.

ABC.AZ xəbər verir ki, Parlamentdə  keçirilən brifinqdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov məsələyə beynəlxalq hüquq normaları prizmasından yanaşıb.

O qeyd edib ki, belə hallara yol verən şəxslər İnterpol xətti ilə axtarışa verilir.

Müəllif: Elmir Murad