16:37 - 7.10.2020
7 oktyabr, Fineko/abc.az. Türkiyədə Tokatın Turhal şəhər bələdiyyəsi Azətbaycana dəstək üçün 66 metrlik qülləyə Türk və Azərbaycan bayraqlarını asıb.
ABC.AZ xəbər verir ki, Turhal Bələdiyyəsi tərəfindən həuata keçirilən bu addım şəhər sakinləri tərəfindən də xoş qarşılanıb. Şəhırin Bələdiyyə sədri İlker Bekler hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
O qeyd edib ki, Turhaldan Azərbaycandakı qardaşlarımıza sevgilərimizi göndəririk: "Təxminən 30 ildir quldur dövlət olan Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisinin onlardan qurtarmaq üçün başlatdıqları mübarizədə yanlarında olduğumuzu qeyd etmək istəyirəm.
Başlığımız 'İki dövlət, bir millət”dir. Ozanın da dediyi kimi "Azərbaycan ürəyimdə bir şah damardır". Biz eyni ananın iki oğlu kimiyik. Ona görə də maddi və mənəvi olaraq yanlarında olduğumuzu bildirmək istəyirəm”.
Müəllif: Elmir Murad
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026