BOKT-ların sayı artır - Daha biri lisenziya aldı

14:53 - 6.10.2020


6 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank İdarə Heyətinin qərarı ilə "Prior Credit" QSC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə tənzimləyici quruma istinadən xəbər verilir. Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 47-yə çatıb.