11:56 - 6.10.2020
6 oktyabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-sentyabr ayları ərzində Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi açıqlanıb.
ABC.AZ Birjanın yaydığı məlumata istinadən xəbər verir ki, sözügedən dövrdə BFB-də qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 8 milyard 572 milyon 179 min manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 435 milyon 818 min manat və ya 22,1%-dir. Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında Bakı Fond Birjasında bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 11 milyard 7 milyon 996 min manat təşkil etmişdi.
Müəllif: Elmir Murad
30 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026