16:49 - 5.10.2020
5 oktyabr, Fineko/abc.az. Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə çıxışı zamanı deyib.
ABC.AZ-ın məlumatına görə, K.Əliyev Ermənistanın kriminal rejimi müharibə aparmağın bütün qaydalarını pozaraq yeni çox təhlükəli addımlar atdığını deyib.
O qeyd edib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə artileriya hücumuna məruz qalıb.
“Bir sıra ictimai obyektlər dağıdılıb. Bu, çox təhlükəli addımdır. Bu gün də düşmən tərəfdindən yenə də bu addımlar atılır. Bu gün Gəncəyə raketlər atılması nəticəsində 3 nəfər xəsarət alıb. Mingəçevir Su Statsiyası da raket hücumuna məruz qalıb. Ordumuz tərəfindən həmin raketlər göydə vurulub” deyə K. Əliyev bildirib.
Müəllif: Elmir Murad
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026