16:20 - 5.10.2020
5 oktyabr, Fineko/abc.az. Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, sabiq prezident bunu “Facebook” səhifəsində yerləşdirdiyi videomüraciətində qeyd edib.
O bildirib ki, etnik mənsubiyyətindən asılı olmayaraq separatçılığı dəstəkləyən istənilən gürcü Gürcüstana qarşıdır. "Ukrayna hökumətinin də bildirdiyi kimi və mənim də dəfələrlə dediyim kimi biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”, - deyə qeyd edib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026