12:14 - 22.09.2020
22 sentyabr, Fineko/abc.az. Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin 1 sentyabr tarixinədək ümumilikdə 545,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib və 544,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
ABC.AZ-ın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 172,8 milyard kubmetr, “Şahdəniz”dən isə 129,1 milyard kubmetr qaz hasil edilib.
“Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 sentyabr tarixinədək 85,7 milyard kubmetr qaz ixraca nəql edilib.
Ölkədə neft emalı isə 2020-ci ilin 8 ayında 4 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 201 min ton az olub.
11 Avqust 2026
11 Avqust 2026