14:04 - 15.09.2020
15 sentyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada növbəti 50-ci yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.
ABC.AZ-ın məlumatına görə, yeni məntəqə Sibiu regionunda açılıb.
Sözügedən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən sayca 3-cü YDM-dir.
“Bu ilin sonunadək Rumıniyada SOCAR yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırmağı planlaşdırırıq. SOCAR Rumıniyada cari ilin ilk 6 ayını mənfəətlə başa vurub, 2020-ci il üçün qarşıya qoyulan strateji inkişaf planını da 100 faiz həyata keçirib” - deyə SOCAR-dan bildirib. Hazırda Rumıniyanın 24 regionunda “SOCAR” brendli məntəqə mövcuddur.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026