15:49 - 9.09.2020
9 sentyabr, Fineko/abc.az. Azərbaycan Banklar Assosiasiyasının “Xəzinədarlıq və Fondların İdarəedilməsi üzrə Ekspert Qrupu”na yeni sədr rəhbərlik edəcək.
ABC.AZ-ın məlumatına görə, sözügedən vəzifəyə “Kapital Bank” ASC-nin Xəzinə Departamentinin direktoru Fərid Əliyev seçilib.
O 2008-ci ildən bank sistemində işləyir. 2008-2009-cu illərdə Yapı Kredi Bankda qiymətli kağızlarla məşğul olan broker şirkətinə direktor təyin edilib. 2009-2013-cü illərdə DəmirBank-da Xəzinədarlıq departamentinin Qiymətli Kağızlar və Valyuta Əməliyyatları şöbəsinin müdiri, sonra Əməliyyat departamentinin direktoru işləyib.
2013-2014-cü illərdə Paşa Bank-da Investment Banking departamentində işləyib. 2014-2019-cu illərdə Ziraat Bank Azərbaycanda İdarə Heyətinin üzvü olub. 2019-cu ildə Kapital Bank-da Korporativ Satışlar departamentinin direktoru, 2020-ci ildən indiyədək Xəzinədarlıq departamentinin direktorudur.
Müəllif: Elmir Murad
30 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026