12:30 - 9.09.2020
9 sentyabr, Fineko/abc.az. Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında dəyişiklik edib.
ABC.AZ-ın məlumatına görə, dəyişiklikdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində təhsilin oktyabrın 1-dən başlayacağı əks olunub.
Qərara əlavə olunan yeni bəndə əsasən, ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tədris sentyabrın 15-dən başlayacaq.
Qeyd edək ki, qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026