15:14 - 8.09.2020
8 sentyabr, Fineko/abc.az. “Fitch” beynəlxalq reytinq agentliyi 2020-ci il üzrə “Brent” markalı neftin bir barel üçün qiymətini 35 dollardan 41 dollara, WTI markalı neft üçün isə 32 dollardan 38 dollara yüksələcəyini proqnozlaşdırıb.
ABC.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə agentliyin yenilənmiş proqnozunda deyilir.
Eyni zamanda, “Fitch”in ekspertlərinin uzunmüddətli proqnozlarına uyğun olaraq, “Brent”in bir barelinin qiyməti 55 dollardan 53 dollara, WTI-ın qiyməti isə 52 dollardan 50 dollara enəcək. 2020-ci il üçün qiymətləndirilmənin yaxşılaşdırılması “OPEC+” sazişi çərçivəsində neft hasilatını azaltmaqla və ölkə iqtisadiyyatlarının bərpası ilə əlaqələndirilir.
13 Avqust 2026
13 Avqust 2026