10:05 - 8.09.2020
8 sentyabr, Fineko/abc.az. Bu gündən ictimai yerlərdə, küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.
ABC.AZ-ın məlumatına görə, bu Nazirlər Kabinetinin “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına edilən dəyişiklikdə öz əksini tapıb.
Qeyd edək ki, bundan əvvəl 10 yox, insanların 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdi.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026