Mərkəzi Bank 150 mln. manat cəlb etməyi planlaşdırır

12:28 - 4.09.2020


4 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

AMB-nin məlumatında deyilir ki, sentyabrın 7-də depozit hərracında Bank, 14 gün müddətinə 150 mln. manat cəlb etməyi planlaşdırır.

Faiz dəhlizi üzrə cəlb olunan vəsaitlər 6,26% - 6,74% arası müəyyən edilib.

AMB depozit hərraclarını 2016-cı ilin iyun ayından keçirir.