Azərbaycan qazının Avropaya daşınmasına başlanılıb – Hazırda test edilir

16:51 - 3.09.2020


3 sentyabr, Fineko/abc.az. Azərbaycanın "Şahdəniz-2" qaz-kondensat yatağından çıxarılan təbii qazın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsi ilə Avropaya test rejimində daşınmasına başlanılıb.

ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, qaz Türkiyə-Yunanıstan sərhədində birləşən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Adriatik dənizini keçəndən sonra İtaliyaya çatdırılacaq.

Məlumatı yayan mənbə TAP-ın 2021-ci ilin I rübündə tam gücü ilə fəaliyyət göstərəcəyini bildiriblər.