Türk Lirəsi ucuzlaşdı – Dollar isə rekord həddə yüksəlib

14:50 - 3.09.2020


3 sentyabr, Fineko/abc.az. Türkiyədə avqust ayı üzrə və illik inflyasiyanın həcmi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, Türkiyə Statistika Komitəsi (TÜİK) bildirib ki, ölkədə İstehlakçı Qiymətləri İndeksi (inflyasiya) avqustda aylıq müqayisədə 0.86%, illik isə 11,77 artıb. 

Bu xəbərdən sonra dollar/TL məzənnəsi 7.4330-a yüksələrək rekord yeniləyib. Bu hal Türkiyədə Türk Lirəsini ucuzlaşdırıb. Belə ki, Türk Lirəsi dollar qarşısında 0,6% də dəyərdən düşüb. 

Müəllif: Elmir Murad