10:02 - 2.09.2020
2 sentyabr, Fineko/abc.az. "Yelo Bank"-ın İctimaiyyətlə əlaqələr üzrə müşaviri İlkin Əhmədov adıçəkilən bankdan gedir.
ABC.AZ-ın əldə etdiyi məlumata görə, İ.Əhmədov prodakşn şirkətlərindən biri ilə müqavilə imzalayıb. Həmin şirkətin həyata keçirdiyi bir çox layihələrdə yer almağı planlaşdıran jurnalist eyni zamanda "Radio Antenn"-də (101 FM) yol hərəkəti ilə bağlı verilişin aparıcısı olacaq.
İ.Əhmədov xəbəri ABC.AZ-a təsdiqləyib. Onun sözlərinə görə, "Düzgün hərəkət" adlı layihə üzərində xeyli müddətdir iş gedirdi: "Hər gün minlərlə yol hərəkəti iştirakçısının yol yoldaşı olmaq böyük məsuliyyətdir. Məqsədimiz hər kəsə faydalı olmaqdır. Sentyabrın 7-dən etibarən həftə içi hər gün 18:00-dan etibarən "Düzgün hərəkət"i dinləmək mümkün olacaq".
Qeyd edək ki, İ.Əhmədov bundan əvvəl "AcssesBank"-da PR menecer, APA informasiya agentliyində iqtisadiyyat şöbəsinin rəhbəri və ATV kanalında müxbir kimi çalışıb.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026