12:30 - 31.08.2020
31 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Türkiyə Rusiyadan qaz idxalını 43% azaldaraq 4,6 mlrd. kubmetrə endirib.
ABC.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) məlumatında deyilir.
Bunun əvəzinə hesabat dövründə Türkiyə Azərbaycandan qaz idxalını 23% artıraraq 5,5 mlrd. kubmetrə çatdırıb.
EPDK-nın məlumatına görə, son 3 ildə Türkiyənin qaz bazarında Azərbaycanın payı iki dəfə artıb, Rusiyanın payı yarıyadək, İranın payı isə iki dəfəyədək azalıb.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026