Əvəzlənən smart-kart tipli sayğacların balansında qalan məbləğ barədə Azəriqazdan açıqlama

15:13 - 28.08.2020


28 avqust, Fineko/abc.az. Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş smart-kart tipli sayğaclar mexaniki sayğaclarla əvəzlənir.

Bu barədə ABC.AZ-a “Azəriqaz” İB-dən məlumat verilib.

Məlumat verilir ki, əvəzlənən smart-kart tipli sayğacların balansında qalan avans məbləğin yeni quraşdırılan mexaniki tipli sayğacın bazasına yerləşdiriəcək.

Bildirilir ki, bu avans məbləğ 2 fərqli baza arasında məlumat mübadiləsi aparılmaqla azı 10, maksimum 30 günə yeni sayğacın hesabında qeydiyyata alınır.

Qeyd olunur ki, 2020-ci ilin 7 ayı ərzində 53 270 abonentin 913 624 manat avans məbləği yeni quraşdırılan sayğacın bazasına qaytarılıb. Bu statistikadan 40 946 abonent və onların geri qaytarılan 697 262 manat avans məbləği təkcə Bakı şəhərinin payına düşür.