10:10 - 18.08.2020
18 avqust, Fineko/abc.az. Ləğv prosesində olan “Amrahbank” ASC, “NBC Bank” ASC, “Atabank” ASC və “AG Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən kreditor tələblərinin qeydiyyat müddəti 30 gün uzadılıb.
Bu barədə ABC.AZ-a ADİF-dən bildirilib.
Məlumata görə, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
- kreditorun adı və ünvanı;
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Kreditorlardan xahiş olunur ki, kreditor tələbinin qeydiyyata alınması üçün hər bir bank üzrə aşağıda qeyd olunan ünvana müraciət etsinlər:
Ləğv prosesində olan “Amrahbank” ASC üzrə:
Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi. Tel: (+99412) 480-28-39.
Ləğv prosesində olan “NBC Bank” ASC üzrə:
Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi. Tel: 932
Ləğv prosesində olan “Atabank” ASC üzrə:
Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi. Tel:(+99412) 497-87-00; Qaynar xətt – 136.
Ləğv prosesində olan “AG Bank” ASC üzrə:
Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi. Tel: 497-50-17 (daxili 1010), Qaynar xətt: 135
Əlavə olaraq bildirilir ki, kreditor tələblərinin qeydiyyatı 14 sentyabr 2020-ci il tarixədək aparılacaq.
30 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026