12:25 - 5.08.2020
5 avqust, Fineko/abc.az. Gürcüstanda yeni tədris ili 15 sentyabrda başlayacaq.
ABC.AZ-ın məlumatına görə, bu barədə Təhsil, Elm, Mədəniyyət və İdman naziri, Mixeil Çxenikeli açıqlama verib.
O qeyd edib ki, hazırda Gürcüstanda mövcud olan epidemoloji vəziyyətdən qaynaqlı olaraq, məktəblərdə tədris adi qaydada 15 sentyabrdan başlayacaq: "Aydındır ki, biz bütün baş verəcək hallar üçün hazır olmalıyıq. Tədris ili adi qaydada məktəb otaqlarında və universtetlərdə auditoriyalarda keçiriləcək".
Qeyd edək ki, panidemiya səbəbi ilə 2019-2020-ci tədris ili mart ayından etibarən onlayn qaydada keçirilib.
Müəllif: Elmir Murad