16:56 - 4.08.2020
4 avqust, Fineko/abc.az. Koronavirus pandemiyası digər sahələrə olduğu kimi Avropa smartfon bazarına da mənfi təsir göstərməkdədir.
ABC.AZ-ın məlumatına görə, cari ilin ikinci rübündə smartfon satışları ötən ilə nisbətən 24% azalıb.
Counterpoint Research şirkətindən bildirilib ki, sözügedən satışlar üzrə hazırda birinci rüblə müqayisədə 22%-lik azalma müşahidə olunur. Həmçinin qeyd edilib ki, Avropa bazarının üçdə bir hissəsinə (35%) Çinlilər nəzarət edirlər. Ümumi vəziyyətə baxmayaraq, Oppo və Xiaomi kimi Çin markalarının satışlarının həcmi müvafiq olaraq 41% və 55% artıb.
8 Avqust 2026
8 Avqust 2026