11:15 - 4.08.2020
4 avqust, Fineko/abc.az. Millət vəkili Musa Quliyev Azərbaycanda həyata keçirilən sosial layihələrin dayanıb-dayanmayacağına aydınlıq gətirib.
ABC.AZ xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev qeyd eeib ki,Azərbaycanda heç bir sosial layihənin icrası təxirə salınmayıb.
O qeyd edib ki, ehtiyacı olan şəxslərin mənzillərlə və avtomobillərlə təmin olunması tam həyata keçiriləcək. Onun sözlərinə görə, bu sahədə olan proqramlar tam həcmdə həyata keçiriləcək.
"Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq” deyə M. Quliyev bildirib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026