FED iclas keçirib – Uçot dərəcəsi eyni qaldı

10:12 - 30.07.2020


30 iyul, Fineko/abc.az. ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-025 faiz səviyyəsində saxlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə FED-in iclasından sonra bildirilib.

“İctimai səhiyyənin davam edən böhranı ən yaxın perspektivdə iqtisadi fəallığa, məşğulluğa və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir edəcək. Bu hadisələri nəzərə alaraq komitə federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% saxlamağa qərar verib", - deyə FED-dən bildirilib.

Qeyd edək ki, FED uçot dərəcəsini iyunun 10-da da 0-0,25 faiz səviyyəsində saxlamışdı.

Müəllif: Elmir Murad