Azərbaycandakı gümüş ehtiyatı açıqlanıb – Həcm

12:24 - 29.07.2020


29 iyul, Fineko/abc.az. İyunda mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 378,1 kiloqramı gümüşün payına düşüb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 29,7 kiloqram çox olub.

İyulun 1-nə olan vəziyyətə hazır gümüş ehtiyatı 416,6 kiloqram təşkil edib.

Müəllif: Elmir Murad