14:57 - 28.07.2020
28 iyul, Fineko/abc.az. Bugün gün ərzində Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən qidalanan kəndlərinə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.
Bu barədə ABC.AZ-a “Azərsu” ASC-dən məlumat verilib.
Məlumatda qeyd edilir ki, buna səbəb Kür çayında bulanıqlığın səviyyəsi artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.
8 Avqust 2026
8 Avqust 2026