Son bir ayda artan bank strukturları – Siyahı

15:41 - 27.07.2020


27 iyul, Fineko/abc.az. İyun ayının sonuna ölkədə 440 bank filialı olub.

ABC.AZ xəbər verir ki, bu da ilin əvvəli ilə müqayisədə 69 filial az olsa da əvvəlki aydan 1 filial çoxdur.

Bank şöbələrinin sayı isə azalıb. Belə ki, ilin əvvəlində 133 olan bank şöbələri indi 117-yə düşüb. Buna baxmayaraq amma son bir ayda 2 şöbə artıb.

O cümlədən ilin əvvəlindən ölkədə bankomatların sayı 100-ə yaxın azalaraq 2569-a düşüb. Amma son bir ayla müqaysədə bankomatların sayında 17 ədəd artım baş verib. Bu isə onu göstərir ki, bir müddət əvvəl bağlanan 4 bankdan sonra bank şəbəkəsi düzəlməyə doğru gedir.

Müəllif: Elmir Murad