11:47 - 27.07.2020
27 iyul, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus testinin nəticələri ilə bağlı iyulun 25-i və 26-da vətəndaşlara göndərilən SMS-lərdə texniki səbəbdən yanlışlığa yol verilməsi barədə açıqlamasından sonra bunun ümumi statistikaya təsirinə aydınlıq gətirilib.
ABC.AZ-ın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) bildirilib ki, sözügedən tarixlərdə vətəndaşlara göndərilən SMS-lərin ümumi statistikaya təsiri yoxdur.
Qeyd olunub ki, yanlışlıq yalnız SMS-lərdə baş verib və SMS-lərin göndərilməsində yanlışlıq texniki xəta ilə əlaqədar olub.