18:10 - 20.07.2020
20 iyul, Fineko/abc.az. Prezidentin köməkçisi Şahmar Mövsümov 190 manatla bağlı açıqlama verərək bildirib ki, sözügedən məbləğ vətəndaşların bank hesablarında toplanıb və ya əmanətə çevrilməsi üçün verilmirdi.
ABC.AZ xəbər verir ki, brifinqdə ünvanlanan suala cavab verən Ş. Mövsümov bildirib ki, 190 manat üçün müraciət edən şəxslərin kartlarına ödənişlər yerləşdirilsə də, bir ay keçməyinə baxmayaraq o vəsaitdən istifadə etməyən vətəndaşlar olub: “Əgər insanlar ehtiyac üçün müraciət edibsə, vəsait daxil olduqdan sonra istifadə olunmalı idi. Bu vəsait vətəndaşlara yardım kimi verilirdi. Ancaq insan hansısa obyektiv səbəblərə görə vəsaiti götürə bilməyibsə, tövsiyə edərdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsin. Məsələnin araşdırılıb ədalətli qərar veriləcəyinə əminəm”.
27 İyul 2026
28 İyul 2026
28 İyul 2026