17:00 - 15.07.2020
15 iyul, Fineko/abc.az. 2020-ci ilin ikinci rübündə Azərbaycanda təbii qazın faktiki istehlak səviyyəsi açıqlanıb.
SOCAR-dan ABC.AZ-a verilən məlumata görə, bəhs olunan dövrdə təbii qaz istehlakı artaraq 2,2 milyard kubmetrdən çox olub. Artım əhali kateqoriyası hesabına baş verib.
Belə ki, ölkə daxilində əhali tərəfindən istehlak edilən qazın həcmi 20,5 faiz artıb, sənaye və enerji sektoru üzrə qazın istehlak səviyyəsində isə azalma qeydə alınıb.
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026