16:10 - 15.07.2020
15 İyul, Fineko/abc.az. 2020-ci ilin ikinci rübündə SOCAR-ın qazma işlərinin həcmi 15 min metrdən çox olub. ABC.AZ xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.
Qeyd olunub ki, qazma işləri ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
Şirkətdən bunu COVID-19 pandemiyası nəticəsində dünyada neftə olan tələbatın aşağı düşməsi və “OPEC+” razılaşması çərçivəsində hasilatın müvəqqəti məhdudlaşdırılması ilə əlaqələndiriblər. "Hasilat əsasən rentabelliyi aşağı olan qurudakı yataqlarda məhdudlaşdırılıb və müvafiq olaraq aparılan qazma əməliyyatların həcmi də azaldılıb".
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026