12:28 - 15.07.2020
15 iyul, Fineko/abc.az. Tərtər rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini başa çatdırıblar.
Rayon Statistika İdarəsindən ABC.AZ-a verilən məlumata görə, 10 min 599,8 hektar taxıl sahəsindən 42 min 56,1 ton məhsul əldə edilib.
Məhsulun 25 min 620 tonu buğda, 16 min 436,1 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 42,3 sentner, arpa sahələrində isə 36,2 sentner olub. Ötən illə müqayisədə buğdanın məhsuldarlığı 0,7 sentner, arpanın məhsuldarlığı isə 2,5 sentner çoxdur.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026