Azərbaycan 6 aya Gürcüstana 88,8 min ton yanacaq satıb – Hesabat

15:15 - 14.07.2020


14 iyul, Fineko/abc.az. Gürcüstan bu ilin yanvar-iyun aylarında Azərbaycandan 88,8 min ton yanacaq idxal edib.

ABC.AZ-ın məlumatına görə, Gürcüstanın hesabat dövründə idxal etdiyi yanacağın 17,8 faizi Azərbaycanın payına düşüb.

Hesabat dövründə Rusiya Gürcüstanın əsas yanacaq tədarükçüsü olub. İlin birinci yarısında Gürcüstan Rusiyadan 176 min ton yanacaq alıb.

Müəllif: Elmir Murad