17:29 - 13.07.2020
13 iyul, Fineko/abc.az. Oğuz rayonu üzrə yazlıq əkinlə məşğul olan 177 fermer elektron sistemdə öz fərdi identifikasiya nömrəsi ilə qeydiyyatdan keçib.
Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən ABC.AZ-a bildirilib ki, fermerlərin bəyan etdikləri yazlıq əkinlərin ümumi sahəsi 475,5 hektardır.
Bununla yanaşı verilən məlumata görə, ötən il payızlıq əkinlə məşğul olmuş 5 mindən çox oğuzlu fermer elektron sistem üzərindən “Fermer kartı” vasitəsilə subsidiya alıb.
Müəllif: Elmir Murad
27 İyul 2026
27 İyul 2026