10:54 - 10.07.2020
10 iyul, Fineko/abc.az. İyulun 9-da AZAL Kiyevdən çarter reysi yerinə yetirərək 189 həmyerlimizi Azərbaycana gətirib.
ABC.AZ xəbər verir ki, uçuşa yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayış təqdim edənlər buraxılıb.
Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.
Müəllif: Elmir Murad
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026