17:35 - 3.07.2020
3 iyul, Fineko/abc.az. Azərbaycanda ilk gündən düzgün tətbiq edilən protokollara və həyata keçirilən tədbirlərə görə koronavirusa yoluxanlardan ölənlərin sayı 2 faizin altındadır.
ABC.AZ-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərərgahın brifinqində deyib.
O bildirib ki, səhiyyə sistemi yüksək inkişaf etmiş ölkələrdə bu rəqəm 10-14 faiz arasında dəyişir: “Karantin rejiminin tətbiqi Azərbaycanda yoluxma sayının stabil qalmasına səbəb olub. Bu qaydalar olmasaydı, bu gün 2-3 dəfə çox ola bilərdi”.
27 İyul 2026