16:01 - 3.07.2020
3 iyul, Fineko/abc.az. Kürdəmirdə karantin rejimi qaydalarına əhali və sahibkarlar tərəfindən əməl olunması vəziyyəti ilə yerindəcə tanış olmaq məqsədilə reyd keçirilib.
Rayon icra hakimiyyətindən ABC.AZ-a bildirilib ki, reyd zamanı karantin rejimi şəraitində işlərində ciddi nöqsanlar aşkar edilən 4 iaşə obyektinin fəaliyyəti dayandırılıb.
3 iaşə obyektinin sahibi isə xəbərdarlıq edilməklə cərimə olunub. Daha 2 obyektin sahibinə xəbərdarlıq edilib.
Müəllif: Elmir Murad
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026