14:12 - 3.07.2020
3 iyul, Fineko/abc.az. DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir.
ABC.AZ DTX-nin rəsmi internet saytına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyindəki bəzi vəzifəli şəxslərin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə etmələri barədə məlumatlar daxil olub.
Bundan sonra Dövlət Təhlükəsizliyi Xidməti daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirir.
Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026