18:57 - 30.06.2020
30 iyun, Fineko/abc.az. Prezidentinin köməkçisi Hikmət Hacıyev karantin rejiminin əsas mahiyyətini açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, H. Hacıyev bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində danışıb.
O qeyd edib ki, karantin rejiminin əsas məqsədi insanlar arasında təmasların minimuma endirilməsidir. Onun sözlərinə görə, bu da öz nəticəsini verəcək: "Azərbaycan beynəlxalq təcrübədən yararlanır və öz qərarlarını qəbul edir. Bu məsələdə vətəndaşlar və dövlətimiz arasında həmrəyliyin olması da çox vacibdir”.
Müəllif: Elmir Murad
30 İyul 2026
30 İyul 2026
27 İyul 2026
28 İyul 2026