18:25 - 30.06.2020
30 iyun, Fineko/abc.az. Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov ev şəraitində müalicə olunan koronavirus xəstələrindən danışıb.
ABC.AZ-ın məlumatına görə, Nazirlik rəsmisi bu barədə Operativ Qərərgahın brifinqində söz açıb.
N. Zeynalov qeyd edib ki, ancaq evdə müalicə yüngül koronavirus xəstələri üçün nəzərdə tutulur. “Yoluxmuş şəxslərin apteklərə getməsi yolverilməzdir. Ümumiyyətlə, koronavirus xəstələrinin evdən çıxmasına icazə verilmir. Onlar evdə təcrid olunurlar” deyə N. Zeynalov bildirib.
Müəllif: Elmir Murad
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026