12:02 - 29.06.2020
29 iyun, Fineko/abc.az. Bu ilin iyunun 1-nə Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 916,8 mln. manat və ya 16,2% artaraq 6 575,3 mln. manata çatıb.
ABC.AZ apa-ya istinadən xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, ev təsərrüfatlarına kredit qoyuluşu aylıq müqayisədə 128,9 mln. manat və ya 1,9% azalıb.
İstehlak kreditləşməsinin iqtisadiyyata cəmi kredit qoyuluşunda xüsusi çəkisi 44,5% təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,2 faiz bəndi, 2019-cu ilin eyni ayı ilə müqayisədə isə 1,7 faiz bəndi çoxdur.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026