12:11 - 20.06.2020
20 iyun, Fineko/abc.az. Xüsusi karantin rejimi günlərində gün ərzində 1 rəqəmindən istifadə edən şəxs həmin gün 2 rəqəmindən də istifadə edə bilər.
ABC.AZ-ın məlumatına görə, bunu “ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyev deyib.
O bildirib ki, vətəndaşlar bundan sui-istifadə etməməlidirlər: “Bu sistemin arxasında analitik təhlil dayanır və qısa müddətdə müəyyən edə bilirik ki, bu şəxs bu xidmətdən sui-istifadə edir. Həmin şəxs barədə hüquq-mühafizə orqanlarına məlumat veriləcək. Bu gün karantin rejimi sərtləşdirilirsə, bu, bizim davranışımızdan asılıdır”.