İndi virus daha ağır xəstəliyə səbəb olur - Yaqut Qarayeva

11:46 - 20.06.2020


 20  iyun, Fineko/abc.az.   Gündəlik həyatımıza  maska taxmadan davam etməyək. 

ABC.AZ-ın məlumatına görə, bunu TƏBİB-in şöbə rəisi Yaqut Qarayeva deyib. 

O qeyd edib ki, qarşıdakı dönəmdə maskasız həyatımız olmayacaq: "Maska artıq gündəlik həyat tərzimizə çevrilməlidir. Bölgələrdə insanlar virus yoxmuş kimi hərəkət edirlər. Virus sərhəd, yaş, sosial təbəqə tanımır. Virus Azərbaycanda mutasiya edir. Bu gün simptomları olmayan xəstələr çox azdır. Bugünkü xəstəlik mart ayındakı xəstəlikdən fərqlidir. İndi virus daha ağır xəstəliyə səbəb olur. Virusun mutasiyası davam edir. Hər bir kəs özünü və bu yolla öz ətrafını qorumalıdır”.