17:01 - 19.06.2020
19 iyun, Fineko/abc.az. Sabunçu rayonu Pirşağı qəsəbəsində yol infrastrukturunun tamamilə yenilənməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaxın günlərdə genişmiqyaslı təmir-tikinti işlərinə start veriləcək.
Agentlikdən ABC.AZ-a bildirilib ki, ümumilikdə 2019-cu il ərzində Bakı şəhərinin Sabunçu rayonunun Maştağa, Bakıxanov, Ramana, Sabunçu, Kürdəxanı, Zabrat və Pirşağı qəsəbələrində 87 km uzunluğunda olan 135 küçə və yola asfalt-beton örtüyü döşənib.
Qeyd edək ki, anoloji işlər 2019-cu ildə rayonun Kürdəxanı qəsəbəsində aparılmışdı. Bu çərçivədə qəsəbənin 74 km-ə yaxın 124 küçəsi təmir olunmuşdu.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026