16:02 - 16.06.2020
16 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olub.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bu dövrdə dövlət qulluqçularının 17,3 faizini 30 yaşadək, 16,3 faizini 30-34 yaşda, 23,8 faizini 35-44 yaşda, 19,9 faizini 45-54 yaşda, 21,3 faizini 55-64 yaşda, 1,4 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edib.
2019-cu ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1022,2 manat olub. Bu göstərici əvvəlki illə müqayisədə 28,3 faiz, 2005-ci illə müqayisədə isə 5,6 dəfə çoxdur.
Müəllif: Elmir Murad
27 İyul 2026
27 İyul 2026