15:46 - 16.06.2020
16 iyun, Fineko/abc.az. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olub.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, sözügedən dövrdə dövlət qulluqçularının 29,0 faizini qadınlar təşkil edib.
Dövlət qulluqçularının 4,7 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 75,6 faizi 4-7-ci təsnifatları, 19,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyiblər.
Bu dövrdə dövlət qulluqçularının 7,2 faizi 1 ilə qədər, 23,5 faizi 1 ildən 5 ilə qədər, 23,8 faizi 5 ildən 10 ilə qədər, 16,6 faizi 10 ildən 15 ilə qədər, 28,9 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Müəllif: Elmir Murad
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026